“0:3 hesabı ilə uduzmaq çox ağırdı. Xüsusilə, nəzərə alsaq ki, biz axıra qədər mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın İdarə Heyətinin sədri Hayns Karl Rummenige “Barselona”ya məğlubiyyəti şərh edərkən deyib.
Qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirən klub rəsmisi eyni halın bir dəfə də başlarına gəldiyini qeyd edib:
“Buna bənzər vəziyyət “Portu” ilə oyunda da başımıza gəlmişdi. Ancaq onda hər şey bizim üçün yaxşı qurtardı. Təbii ki, “Barselona” və “Portu”nun səviyyəsi eyni deyil, ancaq biz də “Bavariya”yıq və son ana qədər qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.