Rumıniya yığmasının baş məşqçisi: Azərbaycanla oyun qrupda ən yaxşı oyunumuz idi
24.03.2014 - 14:57
Rumıniya yığmasının baş məşqçisi: Azərbaycanla oyun qrupda ən yaxşı oyunumuz idi

“Bu, “Kuban baharı” turnirinin qrup mərhələsində ən yaxşı oyunumuz idi. Gələcəkdə də bayrağımızın rənglərini layiqincə qorumağa və Avropa çempionatının elit seçmə mərhələsinə yaxşı hazırlaşmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın 19 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Mirel Albon deyib.

Bu gün Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin qrup mərhələsinin son oyununda millimiz Rumıniya ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

80 dəqiqəlik oyunu əvəzolunmaz keçirən Rumıniya millisinin hücumçusu Aleksandra Lunça böyük hesabla qalib gəlsələr də, yığmamızı ciddi rəqib adlandırıb: “Biz yaxşı oyun göstərdik, çoxlu qol vurduq. Azərbaycan yığması ciddi rəqibdir. Ancaq bu gün biz onlardan daha yaxşı idik”.
 

0