Runinin AVRO-2016-da iştirak edib-etməyəcəyinə aydınlıq gəldi
12.03.2016 - 14:44
“Mançester Yunayted”in kapitanı Ueyn Runinin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, forvardın zədəsi gözləniləndən tez sağalır.
Onun sağalma prosesindən məmnun qalan klubun həkimləri 31 yaşlı forvardın aprel ayının əvvəllərindən məşqlərə başlaya biləcəyini açıqlayıblar. Bu isə o deməkdi ki, futbolçu AVRO-2016-nın final mərhələsində İngiltərə yığmasının heyətində yer ala biləcək.
Qeyd edək ki, Ueyn Runi 2003-cü ildən bəri “Mançester Yunayted”in formasını geyinir.
0
0