Rus klubu Avrokuboklardan uzaqlaşdırıldı
19.06.2015 - 18:24
Moskvanın “Dinamo” klubu UEFA tərəfindən Avrokuboklardan uzaqlaşdırılıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb klubun maliyyə “feyr-pley” qaydalarına riayət etməməsi olub.
Avropanın ali futbol qurumu moskvalılara 4 il şərti cəza kəsib.
Xatırladaq ki, bu mövsüm Rusiya Premyer liqasında 4-cü yer tutaraq UEFA Avropa Liqasında çıxış etməyə haqq qazanan “Dinamo”nu 5-ci yerin sahibi “Rubin” əvəz edəcək.
0
0