Rus menecer açıqladı: Müştərim "İnter"ə keçməyəcək
25.05.2015 - 19:50
Rus menecer açıqladı: Müştərim "İnter"ə keçməyəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture bu yay klubunu dəyişməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun agenti Dmitri Selyuk jurnalistlərə açıqlama verib.

 

Selyukun sözlərinə görə, “İnter” futbolçu ilə ciddi maraqlansa da “Mançester Siti” rəhbərliyi Tureni heyətdə saxlamaqda maraqlıdı.

 

Eyni zamanda afrikalı futbolçu ilə klub arasında daha yaxşı şərtlərlə yeni müqavilə imzalanması da gündəmdədi.

 

Xatırladaq ki, hazırda qüvvədə olan müqavilə 2017-ci ilə kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Ture bu mövsüm “Mançester Siti”nin heyətində 29 matçda meydana çıxıb, 10 qol vurub və 5 dəfə də sarı vərəqə ilə cəzalandırılıb.