Rusiya millisinin baş məşqçisi: Məqsədimiz Avropa Oyunlarının qalibi olmaqdı
15.04.2015 - 11:11
Rusiya millisinin baş məşqçisi: Məqsədimiz Avropa Oyunlarının qalibi olmaqdı

“Yayda komandamızı ardıcıl iki ciddi sınaq gözlədiyindən, işimiz heç də asan olmayacaq. Bakıda keçirilən Avropa Oyunları ilə dünya çempionatının arasında çox az vaxt var” Apasport.az saytının məlumatına görə, bu sözləri çimərlik futbolu üzrə Rusiya millisinin baş məşqçisi Mixail Lixaçov deyib.

 

Mütəxəssis iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qızıl medallar qazanmaq üçün qatılacaqlarını açıqlayıb: “İlin əsas yarışı olan mundiala yaxşı hazırlaşıb, iki il əvvəl Taitidə qazandığımız titulu qorumalıyıq. Bakıda da bizdən maksimum nəticə gözləyirlər. Bu üzdən də Avropa Oyunlarını dünya çempionatına hazırlığın bir mərhələsi adlandırmaq düzgün olmazdı. Hər iki turnirdə əsas heyətlə mübarizə aparacağıq. Məqsədimiz Avropa Oyunlarında da, dünya çempionatında da qalib gəlməkdi”.

 

Qeyd edək ki, Rusiya millisi Avropa Oyunlarının qrup mərhələsində Macarıstan, İtaliya və İspaniya ilə mübarizə aparacaq.