[b]Ruslan Abışov millidən kənarlaşdırıldı[/b]
03.10.2014 - 10:04
[b]Ruslan Abışov millidən kənarlaşdırıldı[/b]

AVRO-2016-nın seçmə mərhələsinin oyunları öncəsi Azərbaycan milli komandası itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubunun üzvü Ruslan Abışov oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

 

Onun adı qarşıdakı matçlara hazırlaşan yığmanın heyətindən kənarlaşdırılıb. Buna futbolçunun zədəsi səbəb olub. Dayaq yarımmüdafiəçisi millinin bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.