[b]Ruslan Fomin Azərbaycan və Ukrayna çempionatlarını müqayisə etdi[/b]
30.06.2015 - 08:42
[b]Ruslan Fomin Azərbaycan və Ukrayna çempionatlarını müqayisə etdi[/b]

“Qazaxıstan çempionatının səviyyəsinə indidən qiymət verə bilmərəm. Hələlik bura tam uyğunlaşmamışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun futbolçusu Ruslan Fomin deyib.

 

Ötən mövsümün ikinci yarısını “Qəbələ”də çıxış edən ukraynalı legioner indiki klubunun rəsmi saytına müsahibə verib. Fomin Qazaxıstan, Ukrayna və Azərbaycan çempionatlarının müqayisəsi ilə bağlı suala da cavab verib: “Amma Qazaxıstanda çempionatın səviyyəsi pis deyil. Yaxşı komandalar və futbolçular var. Onlar vaxtilə yaxşı səviyyədə də çıxış edib. Azərbaycan çempionatı isə liderləri nəzərə almasaq, indi Ukraynadan geri qalmır”.

 

Qeyd edək ki, Fomin “Qəbələ”nin heyətində Topaz Premyer Liqasının bürünc mükafatını qazanıb.