Ruslan Qurbanov 11 dəqiqə forma geyindi
22.03.2015 - 21:08
Xorvatiya çempionatında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" səfərdə "Zaqreb"lə üz-üzə gəlib.
Təmsilçimizin komandasının 2:0 hesabı ilə uduzub. Qurbanov meydana görüşün 79-cu dəqiqəsində çıxıb.
Qeyd edək ki, "Hayduk" 40 xal turnir cədvəlinin 4-cü pillədə qərarlaşır.
0
0