Ruslan Qurbanov ehtiyatda qaldı
14.03.2015 - 21:15
Xorvatiya çempionatında XXV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" doğma publika önündə Zaqreb "Dinamo"sunu qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesabıyla başa çatıb. Ruslan çempionatdakı digər oyunlarda olduğu kimi bu dəfə də görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, aktivində 37 xal olan "Hayduk" 4-cü pillədə yer alır.
0
0