“Qarabağ”la oyun bizim üçün həlledici olmayacaq”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr”in yarımmüdafiəçisi Ruslan Rotan deyib.
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukrayna klubunun futbolçusu Azərbaycan təmsilçisinə qarşı oktyabrın 23-də keçirəcəkləri qarşılaşmadan danışıb. O, bildirib ki, “Dnepr” üçün həlledici görüş “Sent-Etyen”ə qarşı keçirəcəkləri matç olacaq: “Bizim üçün həlledici qarşılaşma “Sent-Etyen”lə Ukraynadakı görüş olacaq. “İnter” liderdir və bu komandanın birinci olacağını hamımız gözləyirik. Əsas məqsədimiz II pillə uğrunda mübarizə aparmaqdır. Komandamızın heyətində bir çox problemlər var. Amma biz onları unutdurmağa və Avroliqada uğurlu oynamağa çalışırıq. Həm “Sent-Etyen”in, həm “Qarabağ”ın, həm də “Dnepr”in II yeri tutmaq şansı var”.