Sabiq “Xəzər Lənkəran”lı oynadı, Muarem izlədi
12.10.2014 - 23:15
Sabiq “Xəzər Lənkəran”lı oynadı, Muarem izlədi

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Muarem Muarem və "Xəzər Lənkəran"ın sabiq üzvü Nikola Qliqorovun çıxış etdiyi Makedoniya yığması səfərdə Ukraynanın qonağı olub.

 

Görüşdə meydan sabibləri minimal hesablı qələbəyə sevinib.

 

Komandasının uduzduğu oyunda baş məşqçi Muaremə şans verməyib. "Qarabağ"ın futbolçusu matçı sona qədər ehtiyatda izləyib. Muaremdən fərqli olaraq "Xəzər Lənkəran"ın sabiq üzvü Qliqorov meydana start heyətdə çıxıb və 86-cı dəqiədə Stoykovla əvəzlənib.

 

Qeyd edək ki, Muarem Lüksemburqla (3:2) matçda 60 dəqiqə forma geyinmişdi.