Sabiq “Xəzər Lənkəran”lı xal itkisinə üzüldü
29.12.2014 - 01:15
Sabiq “Xəzər Lənkəran”lı xal itkisinə üzüldü

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Mbilla Etamenin şərəfini qoruduğu "Samsunspor" Türkiyə PTT I Liqasının XV turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, kamerunlu hücumçunun komandası səfərdə “Bucaspor”la üz-üzə gəlib.

 

Görüşdə tərəflər sülh bağlayıb - 0:0.

 

Bu matçda Etame start heyətdə meydana çıxıb və sona qədər forma geyinib. Sabiq “Xəzər Lənkəran”lı matçın 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırlıb.

 

Qeyd edək ki, aktivində 19 xal olan "Samsunspor" hazırda turnir cədvəlinin 9-cu pilləsində yer alır.