Sabiq hücumçumuz fərqləndi, komandası sülh bağladı
06.10.2014 - 00:05
Sabiq hücumçumuz fərqləndi, komandası sülh bağladı

Türkiyənin PTT I liqasında V turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Antalyaspor"u qonaq edib.

 

Bol qollu keçən matçda qalib müəyyənləşməyib - 3:3.

 

Qeyd edək ki, meydana start heyətdə çıxan serb əsilli azərbaycanlı forvard həm 90 dəqiqə mübarizə aparıb, həm də komandasının ilk qoluna imza atıb.

 

Bundan başqa, Branimir 55-ci dəqiqədə komandasına penalti qazandırıb. Sakıp Aytaçın ona qarşı kobudluğundan sonra oyunun baş hakimi "Antalyaspor"un qapısına penalti təyin edib.

 

Bu həmçinin Subaşiçin "Manisaspor"un heyətində rəsmi oyunlarda vurduğu ilk qol olub.