Sabiq kapitan milliyə çağırıldı
08.10.2014 - 00:46
Sabiq kapitan milliyə çağırıldı

Türkiyə milli komandasında zədəli futbolçuların ardından baş məşqçi Fatih Tərim heyətə yeni futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı “Qalatasaray”da ötən mövsüm zədə səbəbində meydana çıxa bilməyən və artıq sıralara qayıdan Həmid Altıntop AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya və Latviya yığmalarına qarşı oyun üçün dəvət göndərib.  

 

Daha əvvəl 81 dəfə millinin formasını geyinən və bunların 8-də rəqib qapılarından top keçirən 31 yaşılı yarımmüdafiəçi sonuncu dəfə 2013-cü ilin 14 avqustunda Qana ilə oyunda meydana çıxıb. 2:2 hesabı ilə başa çatan oyunda kapitanlıq sarğısını taxan Altıntop 14 aydan sonra yenidən “ay-ulduzlular”ın heyətinə çağırılıb.


Qeyd edək ki, Həmid bu mövsüm “Cim-Bom”un heyətində yalnız 3 oyunda ehtiyat oyunçular skamyasında yer alıb və 91 dəqiqə forma şansı əldə edə bilib.
 

0