[b]Sabiq kapitanı döndü, hazırkı kapitanı “Bakı”dan getdi[/b]
13.09.2014 - 12:03
[b]Sabiq kapitanı döndü, hazırkı kapitanı “Bakı”dan getdi[/b]

“Bakı”nın maliyyə problemində olması komandanın kapitanı Aqil Məmmədovun da klubdan ayrılmasına gətirib çıxarıb. Apasport.az saytının xəbərinə görə, 25 yaşlı qapıçı bütün bu problemlərdən bezərək komandanın “Sumqayıt”la oyunun məşqinə qatılmaqdan imtina edib.

 

Onun komanda ilə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozacağı gözlənilir. Əvəzində “Bakı”nın sabiq kapitanı Cəmşid Məhərrəmov komandada peyda olub. Ötən mövsümü “Rəvan”da keçirən Məhərrəmovun adı “Araz Naxçıvan”la çəkilsə də, müdafiəyəmeyilli futbolçu məcburiyyətdən sabiq komandasına kömək etmək qərarına gəlib.