Azərbaycan yığması seçmə mərhələlərdə tarixinin ən uğursuz startına imza atıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın ilk 3 matçında məğlubiyyətləri sıralayan Berti Foqtsun yetirmələri bu görüşlərdə 2 top vursa da, əvəzində 10 dəfə məyus olub.
Bolqarıstana Bakıda, İtaliyaya Palermoda 1:2 hesabı ilə uduzan yığma Osiyekdə Xorvatiya önündə aciz qaldı – 0:6. Bu isə ən uğursuz başlanğıcdı.
Əvvəlki 10 seçmə mərhələdən 4-də də 3 məğlubiyyətlə start götürən millimiz 5-ci dəfə yarışa üzüntü ilə başlayır. Lakin həmin mərhələlərdə top fərqi indikindən pis olmayıb.
Yalnız 1 dəfə Vaqif Sadıqovun rəhbərliyi altında başladığımız AVRO-2000-in startında indiki kimi biabırçılıq olmuşdu. Onda Slovakiyaya 0:3, Macarıstana 0:4 yenilən millimiz Lixtenşteyn faciəsi yaşamışdı – 1:2. Nəticədə startdakı 3 oyunda top fərqi indiki kimi “– 8” olmuşdu.
Bu hadisə 16 il əvvəl – 1998-ci ildə qeydə alınmışdı. Həmin il Berti Foqtsun Almaniya yığmasından qovulmasına səbəb olan Xorvatiya DÇ-1998-in 1/4 finalındakı hesabın (3:0) ikiqatına indi imza atdı. Bu dəfə də Foqtsun antirekorduna səbəb oldu.
Millimiz seçmə mərhələlərin ilk 3 oyununda
|
Turnir |
O |
Q |
H |
M |
T |
X |
Baş məşqçilər |
|
AÇ-96 |
3 |
0 |
0 |
3 |
0-6 |
0 |
Ağasəlim Mircavadov |
|
DÇ-98 |
3 |
1 |
0 |
2 |
1-8 |
3 |
Kazbek Tuayev |
|
AÇ-2000 |
3 |
0 |
0 |
3 |
1-9 |
0 |
Vaqif Sadıqov |
|
DÇ-2002 |
3 |
0 |
0 |
3 |
0-5 |
0 |
İqor Ponomaryov |
|
AÇ-2004 |
3 |
0 |
0 |
3 |
0-7 |
0 |
Vaqif Sadıqov/Əsgər Abdullayev |
|
DÇ-2006 |
3 |
0 |
2 |
1 |
1-3 |
2 |
Karlos Alberto Torres (Braziliya) |
|
AÇ-2008 |
3 |
0 |
1 |
2 |
1-5 |
1 |
Şahin Diniyev |
|
DÇ-2010 |
3 |
0 |
1 |
2 |
0-2 |
1 |
Berti Foqts (Almaniya) |
|
AÇ-2012 |
3 |
1 |
0 |
2 |
2-9 |
3 |
Berti Foqts (Almaniya) |
|
DÇ-2014 |
3 |
0 |
1 |
2 |
1-5 |
1 |
Berti Foqts (Almaniya) |
|
AÇ-2016 |
3 |
0 |
0 |
3 |
2-10 |
0 |
Berti Foqts (Almaniya) |