DÇ-2018-in seçmə mərhələsinin noyabrın 11-də keçiriləcək Şimali İrlandiya ilə oyunu Azərbaycan millisinin bəzi futbolçuları üçün əlamətdar olacaq. Apasport.az saytının tərtib etdiyi futbolçuların oyun və qol göstəricilərinə görə, 4 oyunçu yubiley, 1-i isə ilkin astanasındadı.
Belfastdakı matça dəvət alanlar arasında yığmanın 4-cü təcrübəli siması olan Ruslan Abışov meydana çıxsa, millidə 50-ci matçını keçirəcək. Maksim Medvedev üçün isə səfər sınağı 40-cı ola bilər.
Digər iki yubilyar isə şans qazansa, yalnız 10-cu görüşündə iştirak edəcək. Bunlar Ağabala Ramazanovla Səlahət Ağayevdi.
Milliləşən türkiyəli Dəniz Yılmaz isə heyətdəki yeganə debütantdı. Robert Prosineçki Belfastda ona şans versə, legioner yığmada debüt edəcək.
Qeyd edək ki, millinin oyun sayındakı rekordçusu Rəşad Sadıqov bu dəfə də heyətdə yer alıb. Kapitan səfər görüşündə iştirak etsə, 106-cı matçına çıxacaq. Bununla da 34 yaşlı müdafiəçi Bobbi Çarlton, Frenk Lempard, Henrik Larsen, Klaudio Bravo və Dmitri Kruqlov kimi oyunçulara çatacaq.
Şimali İrlandiya ilə matça çağırılan futbolçuların oyun və qol göstəriciləri
|
futbolçu |
oyun |
qol |
|
Rəşad Sadıqov |
105 |
4 |
|
Kamran Ağayev |
63 |
-93 |
|
Rahid Əmirquliyev |
51 |
3 |
|
Ruslan Abışov |
49 |
4 |
|
Maksim Medvedev |
39 |
1 |
|
Elvin Məmmədov |
36 |
7 |
|
Əfran İsmayılov |
31 |
2 |
|
Qara Qarayev |
28 |
0 |
|
Bədavi Hüseynov |
27 |
0 |
|
Dmitri Nazarov |
21 |
5 |
|
Araz Abdullayev |
20 |
0 |
|
Arif Daşdəmirov |
14 |
0 |
|
Ruslan Qurbanov |
14 |
1 |
|
Məhəmməd Mirzəbəyov |
12 |
0 |
|
Ağabala Ramazanov |
9 |
1 |
|
Səlahət Ağayev |
9 |
-6 |
|
Eddi İsrafilov |
7 |
0 |
|
Namiq Ələsgərov |
6 |
0 |
|
Tərlan Quliyev |
6 |
0 |
|
Anar Nəzirov |
4 |
-2 |
|
Pavel Paşayev |
3 |
0 |
|
Ramil Şeydayev |
3 |
0 |
|
Rəhman Hacıyev |
3 |
0 |
|
Emin Mahmudov |
1 |
0 |
|
Dəniz Yılmaz |
0 |
0 |