Futbol üzrə “Barselona” klubunun və İspaniya yığmasının müdafiəçisi Herar Pikenin rəfiqəsi, kolumbiyalı müğənni Şakira onun adi həyatda necə adam olduğu ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Şakira Pikenin adi həyatda mühafizəkar olduğunu bildirib.
“Pike tez özündən çıxan və qısqancdır. Hər şeyi nəzarəti altında saxlamağa çalışır. Herard mənə başqa kişilərlə bir yerdə jurnallar üçün çəkilişlərdə iştirak etməyə icazə vermir. O, çox mühafizəkar şəxsdir. Onun gənc olduğu nəzərə alınsa, bu, heyrətə gətirir. Çünki biz hazırkı gənclərin nəyə qadir olduğunu bilirik. Amma həqiqət ondadır ki, Pike çox mühafizəkardır” - deyə, Şakira Amerika mətbuatına müsahibəsində etiraf edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”