Saviola “yuva”ya dönür
20.06.2015 - 01:03
Karyerasını A seriyası klubu “Verona”da davam etdirən argentinalı futbolçu Xaviyer Saviola İtaliyadan ayrılmağa hazırlaşır. Apasport.az saytının “A Bola”ya istinadən məlumatına görə, “dovşan” ləqəbli futbolçu vətəninə, məşhur olduğu “River Pleyt”ə qayıdır.
Xavier Saviola 1998-2001-ci illər arasında bu klubun şərəfini qorumuş, meydana çıxdığı 86 rəsmi oyunda 45 qola imza atmışdı.
Qeyd edək ki, argentinalı bəstəboy futbolçunun İtaliya karyerası o qədər də uğurlu alınmayıb. O, 2014-cü ildən çıxış etdiyi “Verona”da 15 oyunda meydana çıxıb, cəmi 1 qol vurub.
0
0