Seçmə mərhələ başladı, Azərbaycan millisi püşkü gözləyir
12.03.2015 - 12:25
DÇ-2018-in seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Rusiyada keçiriləcək mundiala vəsiqələr uğrunda mübarizə Asiya zonasında keçirilən Şərqi Timor – Monqolustan matçı ilə başlayıb.
Meydan sahibləri bu qarşılaşmada 4:1 hesabı ilə qalib gəlib. Bu oyunda hesabı açan Çikito do Karmo seçmə mərhələnin ilk qolunun müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan millisinin mübarizə apardığı Avropa zonasında seçmə mərhələnin püşkü bu il iyulun 25-də Sankt-Peterbuqda atılacaq.
0
0