Səlcuk İnanla daha iki il
01.03.2014 - 07:48
Səlcuk İnanla daha iki il

“Qalatasaray” təcrübəli yarımmüdafiəçisi Səlcuk İnan ilə müqaviləni yeniləyir. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Belə ki, İstanbul klubu 29 yaşlı futbolçusu ilə 2016-cı ildə başa çatacaq sözləşmənin müddətini daha 2 il uzadacaq. “Cim-Bom” hazırda bəzi Avropa klublarının transfer hədəfində olan Səlcukun 2018-ci ilə qədər komandada saxlamaq fikrindədir.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2011-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Trabzonspor”dan “Qalatasaray”a keçib.