Serbiyaya aparan yol
17.03.2015 - 12:45
Serbiyaya aparan yol

Sabah futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsinə qatılmaq iddiasında olan 28 komanda 7 qrupda mübarizəyə başlayacaq.

 

IV qrupun oyunları Bakıda keçiriləcək. Azərbaycan, Ukrayna, Belçika və Danimarka milliləri “Sərhədçi” Olimpiya Mərkəzində ən güclünü müəyyənləşdirəcək.

 

4 gün davam edəcək qrup oyunları Ukrayna və Danimarka yığmaları arasında matçla start götürəcək. İlk turda millimiz Belçika ilə görüşəcək. Qrup qalibi olmaq iddiasında olan Tino Peresin yetirmələri ikinci matçında Danimarka ilə, son turda isə əsas rəqibi Ukrayna ilə üz-üzə gələcək.

 

2016-cı ildə Serbiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün yığmamız mütləq 1-ci yeri tutmalıdı. Çünki 7 qrupda qalib olanlar AVRO-2016-ya vəsiqə qazanacaq. 2-ci yer sahibləri və “üçüncülər” arasında ən yaxı nəticəyə malik bir yığma da Serbiyada oynamaq şansını saxlayacaq. Lakin bu 8 komanda pley-off mərhələsində qüvvəsini sınayıb, 4 vəsiqənin sahibini müəyyənləşdirməlidi.

 

Qeyd edək ki, son 3 çempionatda final mərhələsinə qatılan Azərbaycan millisi 2010-cu ildə yarışı 4-cü yerdə başa vurubsa, 2012 və 2014-cü illərdə qrupda qalıb.

  

18 mart

18:30. Ukrayna –Danimarka

21:00. Azərbaycan – Belçika           

 

19 mart

18:30. Belçika – Ukrayna

21:00. Azərbaycan –Danimarka

 

21 mart

19:00. Danimarka –Belçika

21:30. Ukrayna – Azərbaycan