Estoniya və Albaniya yığmaları arasında noyabrın 14-də keçirilməli olan yoxlama oyunu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, buna Baltikyanı ölkə təmsilçisinin qarşılaşmadan imtinası səbəb olub.
Bununla, “Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyovla “Qarabağ”ın alban müdafiəçisi Ansi Aqollinin milli səviyyəsində üz-üzə gəlməsi mümkün olmayacaq. Hərçənd, ölkəmizdə çıxış edən legionerlərin dueli gözlənilən idi.
Estoniyalıların imtinasına səbəb onların səfərdə oynamaq istəməməyidi. Noyabrım 11-də Gürcüstan, 6 gün sonra Sent-Kitts və Nevisi qəbul edəcək Zenyovun komandası rəqib meydanında yoxlama görüşü keçirmək fikrindən daşınıb.
İlk qarşılaşma Sergey üçün “İnter”in futbolçuları Nika Kvekveskiri və Laşa Salukvadze ilə duel kimi əlamətdar olacaq.