Serxio Aquero: Bir neçə dəfə cəhd eləsəm də...
18.06.2015 - 01:12
Serxio Aquero: Bir neçə dəfə cəhd eləsəm də...

Argentina millisinin hücumçusu Serxio Aquero komanda yoldaşı Lionel Messi haqqında danışıb. Apasport.az saytının məlumatına görə, o, Messi ilə hücum xəttində əla tandem olduqlarını və eyni klubda oynamaq istədiyini deyib:

 

“Əlbəttə, məndən olsa, Leonu “Mançester Siti”də görmək istərdim. Dünyanın ən yaxşı futbolçusunu klubumuza gətirmək inanılmaz olardı, amma Messi “Barselona”nı çox sevir. Mən onu “Mançester Siti”yə dəvət eləmişəm, bir neçə dəfə cəhd eləsəm də, bilirəm ki, o, “Barselona”dan ayrılmaz”.

 

Xatırladaq ki, hər iki futbolçu Çilidə keçirilən Amerika Kuboku oyunları çərçivəsində Argentina millisinin uğurları üçün çalışır.