Serxio Aquero seçimini etdi
16.05.2015 - 13:53
Serxio Aquero seçimini etdi

“Mançester Siti”nin hücumçusu Serxio Aqueronun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Avropanın bir neçə nəhəng klubunun maraq dairəsində olan argentinalı forvard komandasını dəyişməyəcək.

 

Bunu yerli mətbuata “şəhərlilər”in baş məşqçisi Manuel Pelleqrini deyib. O bildirib ki, Aquero digər təklifləri nəzərdən keçirmədən geri çevirir: “Biz də Aqueronu satmaq fikrində deyilik. O, “Mançester Siti”də xoşbəxtdi. Serxio dünyanın ən güclü beş futbolçusundan biridi və gələn mövsüm də bizimlə birlikdə olacağına əmin ola bilərsiniz”.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 25 qola imza atan Serxio Aquero hazırda bombardirlər yarışına başçılıq edir.