Serxio Ramos xahiş etdi: Məni satın
30.06.2015 - 20:06
Serxio Ramos xahiş etdi: Məni satın

Madrid “Real”ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramos klubdan ayrılmaq istəyir. Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, futbolçu “Real” rəhbərliyindən gedişinə icazə verilməsini xahiş edib.

 

29 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” ciddi maraqlanır.

 

“Qırmızı şeytanlar” Ramos üçün ötən həftə 28 milyon funt-sterliq dəyərində təklif irəli sürmüşdü. “Kral klubu” isə Ramosu satmaq istəmir.

 

Qeyd edək ki, klubla oyunçu arasındakı müqavilə hələ 2 il sonra başa çatacaq.