Silva “Real”dan ayrılır
07.06.2015 - 17:13
Silva “Real”dan ayrılır

Madridin “Real” klubu gənc futbolçu Lukas Silva ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı oyunçu yeni baş məşqçi Rafael Benitezin istəyi ilə komandadan göndəriləcək.

 

Ancaq klub ondan həmişəlik ayrılmaq istəmir. Gənc oyunçunu icarəyə göndərməyi düşünən “kral klubu” gələcəkdə yenə onun xidmətindən istifadə etməkdə maraqlıdı.

 

Xatırladaq ki, Lukas Silva bu mövsüm cəmi 8 dəfə meydana çıxıb.