Braziliya yığmasının baş məşqçisi Lusi Felipe Skorali Neymarın hər toqquşmadan sonra yerə yıxılan futbolçular sırasına daxil edilməsinin səhv olduğunu vurğulayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi hücumçunun Çili ilə oyundan sonra ombasının şişdiyini bildirib.
Skolari Portuqaliyadakı işini xatırlayıb: “Portuqaliya millisini çalışdıran zaman hollandiyalı müdafiəçi az qala Ronaldonu ortadan ikiyə böləcəkdi. Ronaldo 10 dəqiqədən sonra meydanı tərk etməli oldu. Mən Neymarı oyundan sonra görəndə, bu hadisə yadıma düşdü. Bəziləri hesab edirlər ki, o, toqquşmadan sonra dərhal yerə yıxılır. Amma bu, belə deyil. Kobud oyuna görə onun ombası şişib. Bu bizim üçün böyük problemdir. Çünki onu formaya gətirmək üçün cəmi bir neçə gün var”.
- Acun Ilıcalıdan iddialı açıqlama: “Premyer Liqaya yüksəlsək..”
- "Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub