Slovakiya ilə 3-cü duel
10.06.2015 - 17:29
Slovakiya ilə 3-cü duel

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığması indiyədək 2 dəfə komandamızla üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, bu il sentyabrın 15-də və 22-də qarşılaşacaq rəqiblər ilk dəfə 20 il öncə görüşüb.

 

1995-ci il oktyabrın 27-də Hollandiyanın Enshede şəhərində DÇ-1996-nın seçmə oyununda Slovakiya millisi qalib gəlib – 2:0. Yığmamız həmin məğlubiyyətin əvəzini 2013-cü il martın 30-da çıxıb. AVRO-2014-ün seçmə mərhələsinin Slovakiyanın Bratislava şəhərindəki matçında qonaqlar qalib gəlib. Komandamız 2:1 hesablı qələbəyə sevinib.