Yunanıstanda ölkə çempionatı naməlum səbəblərə görə bir müddət təxirə salınıb. Apapsort.az xəbər verir ki, buna küçədə hakimin döyülməsi səbəb olub.
“Vaşinqton Postun” məlumatına görə, sözügedən ölkədə hakim küçədə bir qrup motobaykçılar tərəfindən zərbələrə məruz qalıb. Yaralanan şəxs xəstəxanaya aparılıb.
Hadisədən sonra Yunanıstan Futbol Federasiyası oyunları bir müddət dayandırıb. Adının Kristoforos Zoqrafos olduğu açıqlanan ədalət təmsilçisinin döyülməsinin ardından, Hakimlər Komitəsi qarşılaşmalara hakim göndərməyəcəklərini vurğulayıb.
Qeyd edək ki, Yunanıstan çempionatı daha əvvəl də dayandırılmışdı. Həmin zaman III liqa matçında bir azarkeşin ölməsi oyunların sentyabr ayında 1 həftə gec başlasına səbəb olmuşdu.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı