Son akkord və ya sensasiya olacaqmı?
08.09.2014 - 09:00
Son akkord və ya sensasiya olacaqmı?

Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 8-ci qrupda mübarizə aparan Azərbaycan milli komandası da son qarşılaşmasına çıxacaq.

 

Bernard Lippertin yetirmələri son matçını səfərdə keçirəcək. Yığmamız qrupun aşkar lideri Portuqaliya millisinin qonağı olacaq. Keçirdiyi bütün oyunlarda qalib gəlib, 1-ci yeti təmin edən pireneylilərlə görüşdə komandamızın qələbəsi sensasiya kimi qiymətləndiriləcək.

 

Rio-Mayordakı görüş 6 ildi yığmamızı çalışdıran Lippertin bu postda son rəsmi qarşılaşması olacaq. Almaniyalı bu il istefa verəcəyini və yığma karyerasını bitirəcəyini açıqladığından Portuqaliya səfəri onunla son sınaq olacaq.

 

Qələbə son sıralarda görməyə adət etdiyimiz yığmamızın seçmə mərhələni 3-cü pillədə görməsi ilə nəticələnəcək. Bunun gerçəkləşməsi çətin görünsə də, meydan sahiblərinin heyətindəki itkilər və İsrail üzərindəki qələbədən sonra millimizin düşərgəsindəki əhval-ruhiyyə nikbinliyə əsas verir.

 

Yığmamız Portuqaliyanı büdrədən ilk komanda olub, 1 xal qazansa, onda qrupda 4-cü olacaq. Amma məğlubiyyət də komandamızın sonuncu olmaması ilə nəticələnə bilər. Bunun üçün daha tez başlayan qarşılaşmada Makedoniya qalib gəlməməlidir. Balkanlılar isə 2-ci olan İsrailin qonağı olacaq.

 

 AVRO-2015-in seçmə oyunu

9 sentyabr

20:00. İSRAİL - MAKEDONİYA

21:00. PORTUQALİYA – AZƏRBAYCAN

Baş hakim: Kleyton Pisani

Hakim-köməkçiləri: Mitçel Scerri, Lyuk Portelli

Dördüncü hakim: Adrian Azzopardi (hamısı Malta)

UEFA nümayəndəsi: Luka Jorji (İsveçrə)

Hakim-inspektor: Drajenko Kovaçiç (Xorvatiya)

Rio-mayor. “Munisipal” stadionu

 

Yer

Komandalar

O

Q

H

M

T/F

Xal

1

Portuqaliya

7

7

0

0

19-4

21 

2

İsrail

7

4

0

3

20-14

12

3

Norveç 

8

3

0

5

11-19

9

4

Azərbaycan

7

2

1

4

8-12

7

5

Makedoniya

7

1

1

5

3-11

4