Son finalçılar 1/4 finalda üz-üzə gələcək
15.01.2016 - 15:57
Son finalçılar 1/4 finalda üz-üzə gələcək

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytı xəbər verir ki, maraqlı cütlüklər qeydə alınıb.

 

Turnirin son finalçıları “Barselona” ilə “Atletik” bu dəfə 1/4 final mərhələsində üz-üzə gələcəklər. Digər iddialı komanda “Atletiko” isə cari mövsümün sürprizlərindən olan “Selta” ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Bu mərhələnin qarşılaşmaları yanvarın 20-də və 27-də keçiriləcək. Cütlüklərin qalibləri isə bu ayın 29-da yarımfinaldakı rəqiblərini öyrənəcəklər.

 

1/4 final mərhələsinin cütlükləri:

“Valensiya” – “Las-Palmas”
”Atletik” – “Barselona”
”Sevilya” – “Mirandes”
”Selta” – “Atletiko”