“Emirates” hava yolu şirkəti FİFA ilə başa çatacaq sponsorluq müqaviləsini yeniləməyəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, şirkət tərəfindən verilən yazılı açıqlamada FİFA ilə 2006-cı ildən davam edən sponsorluq müqaviləsi bu ilin sonunda başa çatacağı bildirilib.
“Emirates” hava yolu şirkəti ali futbol qurumu ilə nigahı “yeniləmək” barədə düşünmür. FİFA onlara yeni təklif göndərsə da, şirkət bunu müsbət qarşılanmayıb.
Britaniya mətbuatı iddia edir ki, “Emirates”dən başqa, Yaponiya şirkəti "Sony" də FİFA ilə müqaviləni bitirmək istəyir. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Qeyd edə ki, 2018-ci ildə Rusiyanın və 2022-ci ildə isə Qətərin ev sahibliyi edəcəyi dünya çempionatı ilə bağlı araşdırmalara başlanıldığı üçün “Emirates” hava yolu şirkətinin sponspor olmaqdan imtina etdiyi iddia edilir. FİFA isə yeni sponsorla müqavilə bağlamaq üçün digər şirkətlərlər – Qətər Hava Yolları və “Samsung”la görüşəyi bildirilir.