Avroliqanın qrup mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” oyunundan (1:2) öncə 11-ci qapıya məxsus darvazanın üstünə aşması nəticəsində xəsarət alan Samir Miriyevə Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyi də baş çəkib. Apasport.az saytının məlumatına görə, başda arenanın direktoru Akif İsmayılov olmaqla, stadion əməkdaşları bunun üçün xəstənin yer aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yollanıb.
Xəstənin atası Valeh Miriyevlə görüşən stadion rəsmiləri Samirə Allahdan şəfa diləyib, onun tez bir zamanda sağalmasını arzu edib. Həmçinin xəstənin atasına mənəvi və maddi baxımdan hər cür dəstəyin verilə biləcəyi söylənilib.
Qeyd edək ki, kəllə-beyin travması alıan Samir Miriyevin əməliyyatı uğurla həyata keçirilib.