Sterlinq satılsa QPR də qazanacaq
24.05.2015 - 15:30
“Liverpul” yarımmüdafiəçisi Rahim Sterlinqi satmaq qərarına gələrsə bundan oyunçunun köhnə klubu QPR da qazanacaq. Apasport.az aytının məlumatına görə, 2010-cu ildə 600 min funt-sterlinq qarşılığında QPR-dan “Liverpul”a keçmiş futbolçunun müqaviləsindəki maddəyə əsasən, oyunçu başqa bir kluba keçəcəyi təqdirdə satış məbləğinin 20 faizi köhnə klubuna ödənməlidi.
20 yaşlı futbolçunun mümkün keçid qiyməti 50 milyon funt-sterlinq miqdarında dəyərləndirilir. Belə olan halda QPR bu yay heç bir əziyyət çəkmədən 10 milyon funt qabağa düşə bilər.
0
0