İngiltərənin “Liverpul” futbol klubunun hücumçusu Luis Suares komandada qalmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Suares planlarının böyük olduğunu bildirib.
Hücumçu qeyd edib ki, mövsümün nəticələrinə uyğun olaraq “Liverpul”la Çempionlar Liqasına çıxmağı “Qızıl butsa” almaqdan üstün tutur: “Komandada olduğum müddət ərzində biz Çempionlar Liqasına çıxmaq üçün yaxşı oynamırdıq. Amma bu mövsüm bizim ola bilər. Hamı deyir ki, Çempionlar Liqasının “Enfild” stadionunda keçirilən oyunları heyrətli olur. Bu, çox gözəl təcrübə ola bilərdi”.
Suares bütün hallarda komandada qalmaq istədiyini vurğulayıb: “İlk üçlükdə yer tutmaq yaxşı nəticədir. Çempionlar Liqasına düşə bilməsək komandada qalacağammı? Yəqin ki. Mən yeni müqavilə bağlamışam. Çünki komandada hər şeydən razıyam, burada yaşamaq və futbol oynamaq xoşuma gəlir. Bu, Çempionlar Liqasına düşməyimizdən asılı deyil”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”