Subaşiç 11 dəqiqə oynadı, komandası məğlub oldu
20.04.2015 - 07:50
Subaşiç 11 dəqiqə oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçumuz I liqanın XXVIII turunun iştirakçısı olub.

 

Subaşiç şərəfini qoruduğu “Manisaspor”un “Osmanlıspor”la ev matçında forma geyib. Təmsilçimiz komandasının 0:2 hesabı ilə uduzduğu qarşılaşmanın 79-cu dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, 28 oyunda 26 xal toplayan Manisa təmsilçisi 18 komanda arasında 15-ci yerdə qərarlaşıb.