Subaşiç oynadı, komandası darmadağın oldu
17.03.2015 - 09:08
Türkiyə çempionatının I liqasında XXIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Karşıyaka” ilə “Manisaspor” üz-üzə gəlib.
Hər iki komandanın heyətində Azərbaycan təmsilçisi olsa da, yalnız Branimir Subaşiç meydana çıxıb. Manisalıların hücumçusu 90 dəqiqə meydanda olub. “Karşıyaka”nın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Şükürova ehtiyac olmayıb.
Qeyd edək ki, xal hesabını 36-ya çatdıran “Karşıyaka” 8-ci, 23 xalı olan “Manisaspor” 16-cı yerdə qərarlaşıb.
0
0