Subaşiçin komandası kubokda mübarizəni dayandırdı
16.04.2015 - 08:00
Subaşiçin komandası kubokda mübarizəni dayandırdı

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” “Qalatasaray”la cavab oyununda qüvvəsini sınayıb.

 

Manisadakı görüş 1:1 hesabı ilə başa çatıb. Subaşiç bu qarşılaşmada “18-liy”ə daxil edilməyib.

 

Onun komandası isə kubokda mübarizəni dayandırıb. Buna səbəb manisalıların ilk qarşılaşmada 0:4 hesabı ilə uduzmasıdı.