Türkiyə PTT I liqasında XXV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" "Şanlıurfaspor"u qəbul edib.
Start heyətində meydançaya daxil olan Subaşiç 20-ci dəqiqədə dəqiq zərbə ilə hesabı açıb. Lakin qonaqlar ikinci hissədə vurduqları 2 qolla qarşılaşmadan 2:1 hesablı qalibiyyətlə ayrılıblar. "Manisaspor"un bu məğlubiyyətində Barışın 48-ci dəqiqədə qırmızı vərəqə almasının böyük rolu olub. Subaşiç isə 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 23 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.