Şükürova yubiley oyunu düşmədi
09.09.2014 - 23:12
Şükürova yubiley oyunu düşmədi

 

Azərbaycan millisinin Bolqarıstan yığması ilə ötən gün keçirilən qarşılaşması Mahir Şükürov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Bakıda rəqibimizə 1:2 hesabı ilə məğlub olduğumuz görüş 32 yaşlı müdafiəçinin yığmada yubiley – 75-ci oyunu olub.

 

Millidə 2004-cü ildə debüt edən Şükürov bu rəqəmə 10 ildən sonra çatıb. Bu müddətdə 4 qol vuran müdafiəçi yığmada “75”i fəth edən 5-ci oyunçu kimi tarixə düşüb.

 

Mahirə qədər bunu bacaranlardan Rəşad Sadıqov 90, Aslan Kərimov 80, Mahmud Qurbanov 76, Tərlan Əhmədov 75 dəfə yığmanın heyətində meydana çıxıb.

 

Qeyd edək ki, meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparan Şükürov Tərlan Əhmədov çatıb.