“UEFA kubokunun final oyunlarında zəif rəqib olmur. Bizə ötən ilin finalçısı düşdü. Hansı ki, o vaxtdan bəri Rusiya çempionatını və Qitələrarası Kuboku qazana bilib”. Apasport.az saytının məlumatına görə, bunu “Kayrat”ın futzalçısı Dinmuxambet Süleymanov deyib.
“Kayrat”ın kapitanı verdiyi müsahibəsində Bakıda keçiriləcək “Dördlər finalı”nda püşkatmanın nəticəsini dəyərləndirib. Onun sözlərinə görə, dünyanın ən güclü klublarından biri olan Moskva “Dinamo”su ilə qarşılaşma çətin keçəcək.
Süleymanov, həmçinin ötən il Gürcüstanda olduğu kimi, bu il ölkəmizə də həyat yoldaşlarının onları dəstəkləmək üçün gələcəyini bildirib: “Razıyam ki, Yeryomenko Kubokundakı oyunlar çox gərgin qarşılaşmalar idi. Bununla yanaşı, bizi qarşıda Qazaxıstan çempionatında oyunlar gözləyir. Ancaq düşünürəm ki, bizim məşqçilər heyəti başda Kakau olmaqla, Bakıdakı matçlarda optimal formaya düşməyimiz üçün məşq prosesini düzgün qura biləcək. Ümid edirəm ki, Bakıya azarkeşlərimiz əvvəlkindən az olmayacaq. Həyat yoldaşlarımız artıq Azərbaycana bilet bron edib”.
Qeyd edək ki, aprelin 24-də “Sərhədçi”də “Kayrat” – “Dinamo” matçından əlavə, “Araz” – “Barselona” görüşü də keçiriləcək.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi