İngiltərə Premyer Liqasında maraqlı hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Liverpul”un futbolçusu Stiven Cerrard bir görüşdə 3 penalti vurub.
34 yaşlı kapitan “Mançester Yunayted”lə səfər matçında bu zərbələrdən ikisi qola çevirib. Eyni futbolçunun matç ərzində 3 dəfə penalti vurması kimi nadir hadisəyə Azərbaycan çempionatında da təsadüf olunub. Bu, 2005/06 mövsümündə gerçəkləşib.
2005-ci il dekabrın 10-da baş tutan “Gənclərbirliyi” – “Şahdağ” matçında Pate Banqura 3 dəfə qonaqların qapısını nişan alıb. Qvineyalı hücumçu da zərbələrini elə Cerrard kimi ifa edib. Banqura 2 dəfə qol vurubsa, 1 dəfə dəqiq olmayıb. Həmin matçda meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək