“Bavariya” “Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel Di Mariyanı transfer etmək istəyir. Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, münhenlilər argentinalı futbolçunun keçidi üçün böyük fədakarlıq etməyə hazırdı.
Belə ki, Pep Qvardiolanın heyətdə görmək istədiyi futbolçu üçün almanlar Bastian Şvaynştaygeri “Mançester Yunayetd”ə verməyə və üstəlik 40 milyona avro ödəməyə hazırdı.
Qeyd edək ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Lui Van Qal da Şvaynştaygeri öz komandasında görməkdə maraqlıdı.
Alman mətbuatına inansaq, keçidin baş tutma ehtimalı yüksək dəyərləndirilir.
Xatırladaq ki, 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında meydana çıxdığı 27 oyunda 4 qol vurub, 12 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.