Şvaynştayger “Bavariya”dan ayrılır?
28.04.2015 - 16:41
Şvaynştayger “Bavariya”dan ayrılır?

“Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştayger komandasını dəyişə bilər. Apasport.az saytının məlumatına görə, bunu Münhen klubunun baş məşqçisi Pep Qvardiola da istisna etməyib.

 

İspaniyalı mütəxəssis bu məsələdə son sözü 31 yaşlı futbolçunun deyəcəyini bildirib: “Bastianın gələcək taleyinə o özü aydınlıq gətirəcək. Baş məşqçi futbolçunun yerinə cavab verə bilməz. Böyük klublarda futbolçular özləri qərar verirlər. Şvaynştayger son iki ildə zədələrlə çox mübarizə apardı. O, nə vaxt hazır olursa, onda mütləq oynayır”.

 

Qeyd edək ki, tez-tez zədələndiyi üçün əsas heyətə düşməkdə çətinlik çəkən Bastian Şvaynştaygerin klubla müqavilə müddəti 2016-cı ilin yayına qədərdi. Onun bu yay klubunu dəyişməsi istisna deyil.