“İnter”in futbolçuları – Laşa Salukvadze və Baçana Sxadadzenin dəvət aldığı Gürcüstan millisi də dünən yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, qonşularımız Tbilisidə Lixtenşteyni qonaq qəbul edib.
Görüşdə ÇFR-in hücumçusu Georgi Çanturiya (25) və “Rostov”un yarımmüdafiəçisi Cano Ananidze penaltidən (76) fərqlənərək komandasına qələbə qazandırıb. Baş məşqçi Temuri Ketsbaya isə təcrübəli Salukvadzeni sonadək ehtiyatda saxlayıb. Sxadadze isə meydana 59-cu dəqiqədə daxil olub. O ilk qolun müəllifi Çanturiyanı əvəzləyib.
Qeyd edək ki, ötən ildən yığmasına dəvət alan Baçana Sxadadze bununla da millidə debüt edib.
Sxadadze Gürcüstan millisində debüt etdi
06.03.2014 - 10:16
0
0