Sxadadze xalqımızı Qurban bayramı münasibətilə təbrik etdi
04.10.2014 - 18:09
Sxadadze xalqımızı Qurban bayramı münasibətilə təbrik etdi

Dünəndən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “İnter” qonşu ölkədə növbəti məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, məşqdən öncə komandanın baş məşqçisi Kaxaber Sxadadze Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, hamıya firavanlıq və cansağlığı arzulayıb.

 

Sonra komandanın çalışdırıcısı məşq prosesində yerinə yetiriləcək tapşırıqlar barədə qısa məlumat verib. Toplanışın ikinci günündə komanda məşq prosesinə isinmə hərəkətləri ilə başlayıb, sonra isə taktiki tapşırıqlar üzərində çalışıb. Məşq ikitərəfli oyun keçirməklə başa çatıb.

Qeyd edək ki, “İnter” sabah gün ərzində iki dəfə məşq etməyi planlaşdırıb.

0