Syomin daha bir tanınmış rusiyalını “Qəbələ”yə gətirir
30.01.2014 - 17:52
Syomin daha bir tanınmış rusiyalını “Qəbələ”yə gətirir

“İzmaylovun “Qəbələ”də peyda olunmaq ehtimalı böyükdür”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun rusiyalı baş məşqçisi  Yuri Syomin deyib.

 

“Qəbələ” “Portu”ya məxsus olan Marat İzmaylovu icarəyə götürməyə hazırlaşır.

 

Artıq demək olar ki, əyalət təmsilçisi işi xeyrinə həll edib: “Portu”nun prezidentini yaxşı tanıyıram. O, may ayınadək Maratı bizə verdi. Məsələ yaxın zamanda həllini tapmalıdır.  Mən həmişə Maratla əlaqə saxlayırdım. Onun agenti Paulu Barbozoyla da tanışam.

İzmaylovun cari mövsümdə az oynaması məni qorxutmur. Onun səviyyəsinə, ustalıq və psixologiyasına heç vaxt şübhəm olmayıb”.

 

Moskva “Lokomotiv”ində Yuri Syominin rəhbərliyi altında çıxış edən başqa bir rusiyalı futbolçu – Diniyar Bilyaletdinov da icarəyə yollanmaq istəyir. Syomin Moskva “Spartak”ının üzvü barədə bunları dilə gətirib: “Fikrimcə, Dinyarın böyük seçim imkanı var. Bir qərara gələn kimi, mənə zəng vuracaq”.