Taşkın İlter: Gücümüz tükəndi
01.06.2014 - 23:13
Taşkın İlter: Gücümüz tükəndi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveçlə qarşılaşan (0:1) Azərbayam millisinin yarımmüdafiəçisi Taşkın İlterin apasport.az saytına müsahibəsi

 

- Norveçə 0:1 hesabı ilə uduzduğunuz oyunla bağlı nə deyə bilərsiniz?

- Qarşılaşmaya pis başlasaq da, qol epizodları yarada bildik. Amma təəssüf ki, reallaşdıra bilmədik. Sona yaxın isə gücümüz tükəndi, çatdıra bilmədik. Rəqib isə bundan istifadə edib hesabı açdı.

 

- Müdafiədə çoxsaylı səhvlərə yol verilirdi. Bu nədən irəli gəlirdi?

- Sürətli çıxmaq, tez oynamaq istəyirdik. Ancaq tez-tez səhvlərə yol verirdik. Müdafiədəki səhvlər də bundan irəli gəlirdi.

 

- Norveçə səfərdə qalib gəldiyiniz oyunda iştirak etmişdiniz. Rəqib çoxmu dəyişib?

- Futbolçular arasında dəyişiklik var. Ancaq oyun sistemi, tərzi eynidir.

 

- Niyə qələbə qazana bilmədiniz?

- Səfərdə daha istəkli oynamışdıq. Amma bu dəfə oyunumuz alınmadı. Üstəlik planlaşdırılmamış dəyişikliklər də edildi. Zədə üzündən bir neçə futbolçumuz meydanı erkən tərk etdi. Yenə istəkli olsaq da, son zərbələri dəqiq vura bilmirdi və ya heç alınmırdı.

 

- Tuğrul Eratın yoxluğu hiss olunurdumu?

- Əlbəttə, hiss olunurdu. Tuğrul komandanın əsas simalarından biridir. Sadəcə, şanslarımızı reallaşdırmalı idik.

 

- Təkbətək epizodlarda rəqibəasanlıqla uduzurduz. Onlar həqiqətənmi bizim futbolçulardan çox güclüdürlər?

- Yeganə fərq onda idi ki, rəqib topa daha yaxşı saxlayırdı. Biz isə top itkisinə tez-tez yol verdiyimizdən, topsuz qaçmalı olurduq. Nəticədə də yorulduq.

 

- Hiss olunurdu ki, sona qədər çatdırmırdınız...

- Bəli, sona yaxın gücümüz çatmadı. Yenə deyirəm, topsuz çox qaçdıq. Elə qol da bunun nəticəsi idi. Yorulduğumuzdan, qapımıza vurulan topa mane ola bilmədik.

 

 

0